29 Sentyabr 2023 13:50
5 861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qənirə xanım, əməyi, zəhməti ilə hörmət qazandı".

Bu sözləri Teleqraf.com-a açıqlamasında mərhum millət vəkili Qənirə Paşayevanın əmisi, professor Qəzənfər Paşayev deyib.

O, ailəsi Qənirə xanımın anası adından hamıya təşəkkür edib:

"Beş-altı il əvvələ qədər Qənirə xanıma deyirdilər ki, Qəzənfər müəllimin qardaşı qızıdır. Amma ondan sonra mənə dedilər ki, Qənirə xanımın əmisi. Mən bunu fəxrlə qəbul etmişəm. Çünki Qənirə xanım o səviyyəyə yüksəldi. Bu qədər məhəbbət görməmişdim. Təbii ki, o insanların məhəbbətini qazanmışdı. Prezident İlham Əliyevə təşəkkür edirəm. O prezidentimiz ki tarixə adını qızıl hərflərlə yazıldı. Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. Mehriban xanım əlaqə saxladı, göstəriş və məsləhətlərini verdi. Bunların hamısı o deməkdir ki, Qənirə xanım həyatda bir ömür yaşadı. Ömrünü xalqa, dövlətimizə həsr etdi. Allah ona rəhmət eləsin".

Qənirə Paşayevanın xalası Sürəyya Hüseynova isə qeyd edib ki, o, kasıblara hər zaman əl tutub: "Onun ailəsi də olmayıb. Hər zaman dövləti üçün yaşayıb. Qənirənin anası hər kəsə təşəkkür edir. İştirak edən hər kəsə minnətdarlıq bildirir”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər