Milli Məclisdə müzakirəyə çıxarılan “Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Teleqraf.com xəbər verir ki, qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib və birinci oxunuşda səsverməyə qoyularaq qəbul olunub.
***
15:05
Rəqabət Məcəlləsi uzun illərdən sonra Milli Məclisdə müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, hazırda parlamentin iclasında layihə müzakirə olunur.
“Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsini birinci oxunuşda deputatların müzakirəsinə təqdim edilib.
Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilib. Qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmayıb.