Oktyabrın 10-dan etibarən "Azərbaycan Hava Yolları" Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə uçuşları bərpa edir.
Teleqraf.com xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, uçuşlarla bağlı hər hansı dəyişiklik və ya yenilik olduqda, sərnişinlərə dərhal məlumat veriləcək.
Aviaşirkət İsraildəki qeyri-sabit vəziyyətlə əlaqədar uçuşların müvəqqəti dayandırılması zamanı göstərilən anlayışa görə minnətdarlığını bildirir.