13 Oktyabr 2023 17:27
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatları - Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli oktyabrın 16-da İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Deputatlar səfər çərçivəsində İtaliya parlamentində keçiriləcək bir sıra ikitərəfli görüşlərdə iştirak edəcəklər.

Səfər oktyabrın 20-də başa çatacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər