Son yüz ildən artıq dövrdə Azərbaycan iki dəfə öz siyasi müstəqilliyini yaşayıb. Ötən əsrin 90-cı illəri Azərbaycan xaos və anarxiya ilə üzləşmişdi. Ordu adı ilə yaradılan silahlı dəstələr ayrı-ayrı qruplara xidmət edirdi. Belə olan halda Azərbaycanın parçalanması təhlükəsi real idi.
Teleqraf.com xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.
O qeyd edib ki, məhz ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan bəlalardan xilas oldu:
"Bugünkü müasir Azərbaycan ulu öndər Heydər Əliyev siyasətinin parlaq nəticəsidir. Ulu öndərin uğurlu siyasətini yeni çağırışlarla davam etdirən Prezident İlham Əliyevin sayəsində Azərbaycan dünyanın inkişaf edən ölkəsinə çevrildi. II Qarabağ müharibəsindən sonra Azərbaycan özünün məqsədlərinə ardıcıl olaraq nail olur".