Axar.az xəbər portalı bu gün 10 yaşını qeyd edir.
Teleqraf.com xəbər verir ki, saytın baş redaktoru Anar Niftəliyev 10 yaşa 5 versiya və gündəlik ortalama 550 min oxunma ilə girdiklərini bildirib.
Baş redaktor intellektual oxuculara təşəkkür edib:
“Oxucularımıza minnətdaram. Axar.az-ın oxucuları intellektuallardır, hər səhvimizi dərhal görür və bizi səhv etməməyə məcbur edirlər. Əslində, informasiya siyasətimizə də yön verən bu cür intellektli oxuculardır.
Yaxşı ki, varsınız və Axar.az-ı izləyirsiniz! Sizə layiq olmaq üçün çalışırıq, çalışacağıq!”
Qeyd edək ki, Axar.az 10 il əvvəl – 2013-cü il oktyabrın 19-u saat 12:08-də onlayn olub. Bu gün Axar.az ölkənin ən çox oxunan saytlarının ilk üçlüyündədir.
Teleqraf.com Axar.az kollektivini təbrik edir və yeni-yeni uğurlar arzulayır!