Azərbaycanda “TikTok”un fəaliyyəti bərpa olunub.
Teleqraf.com xəbər verir ki, hazırda sözügedən sosial şəbəkəyə girişdə heç bir məhdudiyyət yoxdur.
Qeyd edək ki, Azərbaycanın 19-20 sentyabrda Qarabağda keçirdiyi antiterror tədbirləri zamanı “TikTok” sosial şəbəkəsinə giriş məhdudlaşdırılmışdı.