10 Noyabr 2023 20:39
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 8-də Bərdə rayon qaçqın qəsəbəsində Bərdə İcma mərkəzinin təşkil etdiyi sahibsiz itlərə qayğı və quduzluq haqqında tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Baytarlıq Elmi Tədqiqat İnstitutunun 3-cü Biotəhlükəsizlik səviyyəli Laboratoriyasının direktoru, Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi, aqrar e.ü.f.d., dosent Şəlalə Zeynalova əhaliyə sahibsiz itlərə qayğı, onlarla davranış qaydaları və quduzluq xəstəliyi haqqında təqdimat edib.

Şəlalə Zeynalova Azərbaycanda iki dəfə quduzluq xəstəliyinin genetik aspektlərini öyrənib.

Quduzluğa nəzarət Beynəlxalq Qlobal Alliance tərəfindən Şərqi Avropa və Orta Asiya ölkələri arasında ən yaxşı 10 mütəxəssis siyahısına düşüb.

Ş. Zeynalova bu sahədə bir çox elmi məqalənin müəllifidir.

Sahibsiz itlərə bağlı konsepsiya hazırlamışdır və bu layihəni dövlət orqanlarına təqdim edəcəkdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər