1 Aprel 10:40
1 614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri Ağdaş Dövlət Humanitar Kollecində monitorinq keçirib.

Agentlikdən Teleqraf.com-a verilən məlumata görə, monitorinq zamanı müvafiq yoxlamalar aparılıb və sənədlərə baxış keçirilib.

Aşkarlanmış nöqsanlar nəticəsində Agentliyin 1 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Namiq Mehdiyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, ölkənin orta ixtisas təhsili müəssisələrində monitorinqlər davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər