1 İyun 14:39
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsdə saxlanma müddəti uzadılıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı onun qızı Nigar Həzi sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədova prokurorun vəsatətini təmin edib.

Qərara əsasən, T. Yaqublu barəsində həbs qətimkan tədbirinin müddəti 20 gün uzadılıb.

Xatırladaq ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər