10 İyun 11:03
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakimlərin Seçki Komitəsi tərəfindən vakant hakim ştatlarının komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesi davam etdirilir.

Teleqraf.com-un məlumatına görə, iyunun 9-da 363 nəfər hakimliyə namizədlə Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda beynəlxalq və yerli müşahidəçilərin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin, media təmsilçilərinin iştirakı ilə növbəti test imtahanı keçirilib.

Bu imtahanda namizədlərin sayı diqqət çəkib.

Belə ki, sonuncu dəfə 2016-cı ildə bu göstəricindən artıq sayda namizəd imtahan verib. Bu müddətdən sonra isə namizədlərin sayı 300-dən az olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər