2 İyul 22:42
412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün magistraturaya qəbul imtahanının nəticələri elan olunub.

Teleqraf.com “Azərbaycan Universitetləri” səhifəsinə istinadən xəbər verir ki, ölkənin ən gənc magistrantı adını 19 yaşlı Əbülfəz Əzizoğlu qazanıb.

Bildirilib ki, o, Bakı Dövlət Universitetinin məzunudur.

Qeyd edək ki, müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15660 bakalavrdan 13484 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub.


Müəllif: Teleqraf.com