Milli Məclisin VI çağırış deputatı, 84 saylı Füzuli seçki dairəsindən namizədliyi irəli sürülmüş Vüqar Bayramov seçki kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirib.
Teleqraf.com xəbər verir ki, görüş Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində baş tutub.
Görüşdə yüksək fəallıq müşahidə olunub və faydalı müzakirələr aparılıb.
Əvvəlki görüşlərdə olduğu kimi, öncə Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Namizəd ilə bağlı məlumat verildikdən sonra kənd ziyalısı Heydər Hacıyev çıxış edərək namizədin Füzuli rayonunu Milli Məclisdə layiqincə təmsil etdiyini bildirib. O əlavə edib ki, Vüqar Bayramov öz elimi ilə hər zaman elinin yanında olmağa çalışır.
Daha sonra Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun atası Amil Zalov çıxış edərək bildirib ki, Vüqar Bayramov hər zaman şəhid ailələrinin və qazilərinin yanında olmağa çalışmışdır. Müharibədən sonra o hər bir şəhid ailəsini ziyarət edərək qayğılarını dinləyib və imkanları daxilində dəstək olmağa çalışıb. A. Zalov sakinləri 1 sentyabr 2024-cü ildə keçiriləcək növbədənkənar parlament seçkilərində fəal iştiraka dəvət efib.
Görüşdə də çıxış edəb Vüqar Bayramov yeni dövrün yeni tələblərinə uyğun olaraq Azərbaycanda həyata keçirilən islahatlar, Qarabağ və Şərqi Zəngəzurda reallaşan bərpa və yenidən qurma işlər barədə məlumat verib və millət vəkili kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çalışdığını vurğulayıb:
"Füzuli rayonundan olan bütün şəhid ailələrini ötən müddətdə ziyarət edərək diqqətdə saxlamağa çalışdım. Bu müddətdə keçirdiyim 131 görüşdə 2 minə yaxın sakinimizi birbaşa dinləyərək, ünvanıma daxil olan 4898 müraciət əsasında 2100-dək rəsmi deputat sorğu göndərmişəm. Göndərilən sorğuda qeyd olunan məsələlərin əhəmiyyətli hissəsi öz həllini tapmışdır. Səlahiyyətlərim çərçivəsində sakinlərin qayğılarının həllinə dəstək olmağa çalışmışam.
Görüşdə çıxış edənlər seçicilərin müraciətlərinə diqqətlə yanaşdığına görə namizədə təşəkkür edərək kənd üçün vacib hesab etdikləri bir sıra digər məsələlər barədə təkliflərini səsləndirdilər.
Elmimlə Daim Elimin Yanındayam!", - deyə o qeyd edib.