24 Sentyabr 13:45
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Samir Piriyevin həyat yoldaşı Anara Fətəliyeva Bakıdakı 42 saylı məktəbin direktoru Firəngiz Həmidovadan şikayət edib.

Teleqraf.com xəbər verir ki, Anara Fətəliyeva İnstaqramda video paylaşaraq bu sözləri deyib: "42 saylı məktəbin direktoruna bir əncam çəkən olsaydı, uşaqlar da, valideynlər də rahat olardı. Mən yaxşı ki, qızım Fərəhin yanındaydım.

O, uşağı mən olmadan biabır etsəydi, bilmirəm, sonra direktoru nə edərdim... Uşağı kənara çəkib deyir ki, əynindəki ətək məktəb üçün deyil. Mən də cavab verdim ki, məktəb üçün ətəkdir, klub, bazar üçün yox. Deyir, Fərəhin ətəyi ağ rəngdədir. Deyirəm, ağ deyil, boz rəngdədir. Qayıdır ki, rəngi mənə öyrədirsiniz?.. Cavab verdim ki, rəngi sizə öyrədirəm, çünki tanımırsınız. Bəlkə təqaüdə çıxasınız?

Bir direktor nə qədər bekar ola ki, qapıda dayanıb ətəklərin rənginin açıq və ya tünd olduğuna fikir verə. Hər sinifdə 40-43 uşaq var. Pandemiyadan çıxan ölkədə sinifdə 40-dan çox uşaq olur. Gedin, sinifləri ayırın, uşaqların sayını azaldın, mənasız kitabların, iş dəftərlərinin sayını azaldın. Əlinizdə tərəzi dayanın, qapıda çantaların çəkisini ölçün".

Anara Fətəliyeva onu da deyib ki, videonu sosial media hesabından silməyəcək: "İndi müəllimlərə və həyat yoldaşım Samir Piriyevə zəng elətdirib, videonu sildirməyə çalışacaq. Videonu silməyəcəm, çünki qızım və mən haqsız vəziyyətə düşdük".





Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər