Müğənni Rəqsanə İsmayılovanın Moskvada yerləşən mənzilindən oğurluq olub.
Teleqraf.com xəbər verir ki, müğənni bu haqda “Bizimləsən” verilişində danışıb:
“20 gündür ki, Moskvadakı evimdə oğurluq hadisəsi baş verib. Evimdən 218 min avro dəyərində qızıl oğurlanıb. Həmin şəxs öz yaxın adamımdır. Ona görə ad açıqlamaq istəmirəm. Hadisə Moskvada baş verdiyi üçün Azərbaycanda hüquq-mühafizə orqanlarına şikayət edə bilmədim. Amma həmin şəxs haqqında Moskvada axtarış verilib və Azərbaycana sorğu göndərilib.
Toy məclisinə getmişdim, Bakıya gəlməyə hazırlaşırdım. Qızıllarıma baxanda gördüm ki, sırğam yoxdur. Evdə hamı and içməyə başaldı. Dedim, söhbəti bağlayaq.
Sonra Bakıya gəldim və Fazil müəllimlə məsləhətləşdim. Həmin adama mesaj yazdım, o da dedi ki, sizə sirr açmaq istəyirəm. Sırğa “Cartier” brendinə məxsus, bahalı zinət əşyasıdır. Sırğadan sadəcə dünyada 17 ədəd istehsal olunub".