11 Oktyabr 11:46
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Teleqraf.com-un xəbərinə görə, müraciətdə bildirilib ki, yola çıxarkən ehtiyatlı olmaq, yol hərəkəti qaydalarına ciddi riayət etmək, sürücülərdən sürət həddini hava şəraitinə uyğun seçmək, külək tutan açıq ərazilərdə ehtiyatlı olmaq, yağışlı havada daha çox ara məsafəsi saxlamaq, qəfil manevr və ya kəskin tormazlama etməmək lazımdır.

İdarə qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq piyadaları da yollarda məsuliyyətli olmağa çağırıb.

Qeyd edək ki, bu gündən başlayaraq oktyabrın 15-dək ölkə ərazisində hava şəritinin qeyri-sabit keçəcəyi, bəzi rayonlarda külək və leysan xarakterli yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər