30 Dekabr 2024 12:57
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzil və fərdi evlər verilib.

Teleqraf.com-un Cənub bürosu xəbər verir ki, bu gün Lənkəran şəhərində mənzillərin təqdim edilməsi tədbirində Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə iştirak ediblər.

Vüsal Nəsirli bildirib ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı tədbirlərinə Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanıb və ötən dövrdə uğurla davam etdirilib:

“Bu gün Lənkəran şəhərində növbəti 88 mənzilin, ümumilikdə ölkə üzrə 150 mənzilin təqdim edilməsi həyata keçirilir. Beləliklə post-müharibə dövründə 7800, ümumilikdə isə ötən dövr ərzində 16000 mənzil və fərdi ev şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilib.

Digər vacib istiqamət müharibədə yaralanmış, sağlamlığını itirmiş hərbçilərimizin Avtomobil Təminatı proqramıdır. Bir neçə gün əvvəl 33 avtomobilin təqdim edilməsi həyata keçirilib. Post-müharibə dövründə 567, ümumilikdə ötən dövr ərzində 7700 avtomobil müharibə əlillərinə və onlara bərabər olan şəxlərə təqdim edilib”.

Tədbirdə çıxış edən Mikayıl Cəfərzadə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə göstərilən dövlət qayğısından bəhs edib.

Tədbirin sonunda şəhid ailələri və müharibə iştirakçılarına mənzillər təqdim olundu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər