2024-cü ildə Azərbaycan Gürcüstandan 141,5 milyon ABŞ dolları dəyərində yerli istehsal məhsulları idxal edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.
Sənədə əsasən, illik müqayisədə Azərbaycan qonşu ölkədən yerli məhsul tədarükünü 3% azaldıb.
Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 4,7 % payla qonşu ölkənin əsas yerli ixrac tərəfdaşlarının ilk onluğunda Rusiya, Türkiyə, Çin və Ermənistandan sonra V yerdə qərarlaşıb.
Ötən il Gürcüstandan ümumi dəyəri 6 milyard 560,4 milyon ABŞ dolları olan yerli məhsul ixraca yönəldilib. Bu göstərici illik müqayisədə 7,8 % çoxdur.
Hesabat ilində qonşu ölkədən ən çox ferroərintilər, təzə üzüm şərabı, spirtli içkilər, qiymətli metal filizləri və konsentratları, təbii, mineral və qazlı sular, mineral gübrələr, qızıl, fındıq, mis filizləri və konsentratları ixrac edilib.