14:54
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Azərbaycanda kartof yığımı azalıb.

Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə 927,4 min ton kartof yığılıb. Bu, 2023-cü illə müqayisədə 83,1 min ton və ya 8,22 faiz azdır.

Eyni zamanda məhsuldarlıq da aşağı düşüb. 2023-cü ildə hər hektardan yığılan kartofun kütləsi 199,6 sentner təşkil etdiyi halda, bu göstərici ötən il 193,3 sentner olub.


Müəllif: Bəkir Nərimanoğlu

Oxşar xəbərlər