Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib
Eklogiya və Təbii Sərvətlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, 22 yanvar 2025-ci il tarixindən Azərbaycan ərazisində ov mövsümünün açıq elan edilməsinə qərar verilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən quşların ovlanma müddətləri və normaları ilə bağlı məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az rəsmi internet səhifəsinin “Elanlar” bölməsindən ( https://eco.gov.az/az/nazirlik/elan?newsID=26029 ) əldə edə bilərlər:
"Ov həvəskarlarına müraciət olunur ki, ov zamanı ov qaydalarının mövcud normativlərinə əməl etsinlər və yalnız ov üçün ayrılmış ovçuluq təsərrüffatlarının sahələrindən istifadə etsinlər."