"Atam 7 gündür ki, komadadır. Bədəni toparlanıb, amma komadan ayılmır".
Bunu Teleqraf.com-a açıqlamasında Əməkdar elm xadimi, professor Nizaməddin Şəmsizadənin qızı Ayfər Feyziyeva deyib.
O bildirib ki, xəstəxanaya yerləşdiriləndə vəziyyəti ağır idi, həkimlər ona sepsis diaqnozu qoymuşdular:
"Atamın ürək çatışmazlığı vardı, təzyiqi sıfıra düşürdü, üstəlik şəkər xəstəsidir. İndi göstəriciləri normaya düşüb, amma həkimlər onu komadan ayılda bilmirlər. Deyirlər, gözləməliyik. Biz də gözləyirik".
Nizaməddin Şəmsizadə ondan çox monoqrafıyanın, bir sıra hekayə, şeir və esselər kitablarının, 250-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalənin müəllifidir. Onun “Seçilmiş əsərləri” 3 cilddə işıq üzü görüb.
Prezident İlham Əliyevin Sərəncamı ilə Nizaməddin Şəmsizadə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabına görə Dövlət Mükafatına layiq görüb. 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilib.