Azərbaycan milli komandasının futbolçusu Bəxtiyar Həsənalızadə zədə səbəbindən bir müddət yaşıl meydanlardan uzaq düşəcək.
Bu barədə Teleqraf.com-a açlıqlamasında “Araz-Naxçıvan”ın müdafiəçisi Bəxtiyar Həsanalızadə Azərbaycan Premyer Liqasının XIX turunda “Zirə”yə 0:1 hesabı ilə məğlub olduqları matçdakı zədəsi barədə danışarkən deyib. 33 yaşlı oyunçu həkim müayinəsindən keçsə də, problemin ciddi olduğunu bildirib:
“Dünən MRT müayinəsindən keçdim. Səbəb ayağımda hematoma olmasıdır ki, buna görə də problem dəqiq görünmür. 3-4 gün sonra yenidən MRT müayinəsindən keçəcəyəm. Ehtimal ki, zədəm bir müddət çəkəcək”.
Qeyd edək ki, cari mövsümüm əvvəlində “Araz-Naxçıvan”a transfer olunan Bəxtiyar Həsanalızadə yanvarın 18-də “Zirə” ilə oyunun 61-ci dəqiqəsində hava zərbəsini dəf erdərkən ayağından zədələnib. Futbolçu həkimlərin köməyi ilə meydanı tərk edərək matçı buraxmaq məcburiyyətində qalıb.