18:39
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mansurlu Nəzrin Aydın qızının yanvarın 12-də ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Baş Ptokurorluqdan Teleqraf.com-a daxil olan məlumata görə, istintaqla Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Mərcan Medicare” adlı klinikada plastik cərrah işləyən Sənan Mehdiyev tərəfindən icra olunmuş rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması və yerləşdirildiyi klinikada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Sənan Mehdiyev Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya rəhbərlik edən prokurorun təqdimatı əsasında Nəsimi rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir

***

Bakıda burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurlunun həkimi Sənan Mehdiyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Teleqraf.com xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinə hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub.

Qərara görə, Sənan Mehdiyevin barəsində 82 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

***

Bakıda burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurlunun həkimi Sənan Mehdiyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müstəntiq məhkəməyə vəsatət verib.

Teleqraf.com xəbər verir ki, müstəntiqin vəsatəti və prosessual rəhbərliyi həyat keçirən prokurorun təqdimatı Nəsimi Rayon Məhkəməsinə daxil olub.

Təqdimata hakim Elməddin Hüseynov baxacaq. Yaxın saatlarda təqdimatla bağlı qərarın elan olunacağı gözlənilir.

Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.

İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər