17:20
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Su Ehtiyatları Agentliyinin tərkibindəki "Su Meliorasiya Xidməti" publik şəxsə 257.000 manata tikinti materialları satın alınacaq.

Teleqraf.com xəbər verir ki, "Su Meliorasiya Xidməti" publik şəxsin bu məqsədlə elan etdiyi açıq tenderin qalibi "KM Services" MMC olub.

Qeyd edək ki, rəsmi internet səhifəsi belə olmayan "KM Services" MMC bir sıra dövlət qurumlarının keçirdiyi satınalmaların qalibidir. Şirkətin nə zaman yarandığı barədə məlumat yoxdur. İnternet resurslarında isə yalnız baş mühasib Dinar Mustafayevin adı keçir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər