15:47
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa PSJ-sinin futbolçusu Milan Şkrinyar karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.

Teleqraf.com xəbər verir ki, 29 yaşlı müdafiəçi "Fənərbağça" ilə müqavilə bağlamaq üçün İstanbula gedib.

"Sarı-lacivərdlilər" rəsmi instaqram hesabında slovakiyalı futbolçunun klubun geyimi ilə şəklini yayıb.

Qeyd edək ki, Şkrinyar 2023-cü ilin yayında İtaliya "İnter"i ilə müqaviləni yeniləməkdən imtina edərək azad agent kimi PSJ-yə keçib. Onun Paris təmsilçisi ilə sözləşməsi 2028-ci ilin iyununda bitir.


Müəllif: Royal Həsənov

Oxşar xəbərlər