Meymunçiçəyi virusunda ən böyük müdafiə immun sistemi olmalıdır.
Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev nazirliyin rəsmi sosial media hesabındakı canlı yayımda deyib.
“Yuxu rejminə, gün ərzində maye balansına mütləq nəzarət olunmalıdır. Bu, qeyri-dərman müalicəsidir. Dərman müalicəsində isə ölkəyə lazım olunan dərmanlar gətirilib. Ehtiyac yaranarsa, xəstələrə bu müalicə tətbiq oluna bilər. Əsas müalicə metodu xəstəliyi vaxtında aşkarlayıb, vaxtında müalicəyə başlamaqdır”,- mütəxəssis vurğulayıb.
Qeyd edək ki, bu il yanvarın əvvəlində 22 yaşlı Azərbaycan vətəndaşı xarici ölkəyə turistik səfər edib. Oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib. Laboratoriyada PZR üsulu ilə aparılan müayinənin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.