09:12
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün müttəfiqlər bunu müdafiə etsə belə, Ukrayna özünün işğal olunmuş torpaqlarını heç vaxt hüquqi cəhətdən Rusiya ərazisi kimi tanımayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, hakimiyyətin ukraynalıların həlak olduğu torpaqlardan imtina etməyə haqqı yoxdur.

Zelenski qeyd edib ki, Kreml sahibi Vladimir Putin müharibədən necə çıxacağını anlamır, buna görə də ABŞ və Avropa ona təzyiq göstərməlidir.

Həmçinin o, Putinin tələbləri ilə danışıqlara başlamamağı məsləhət görüb:

“Bu hekayədə Putini subyektivləşdirmək olmaz. Hər şeyi pozdu, günahkar odur. Bilməlidir ki, pozub, səhv edib və sair. Amma siz onu dayandıra bilməzsiniz. Güclü mövqedən danışmaq lazımdır. Onunla bərabərhüquqlu danışmağa başlasaq, bu, Ukrayna üçün itki olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər