15:15
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Volodimir Zelenski Davosda azərbaycanlı həmkarı İlham Əliyevlə görüşü barədə feysbuk səhifəsində paylaşım edib.

Teleqraf.com xəbər verir ki, Ukrayna lideri paylaşımında görüşdən videokadr yerləşdirib.

“Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması və insan tələfatı ilə bağlı bir daha başsağlığı verdim. Fəlakət yerindən dəlillər göz qabağındadır, həqiqəti dilə gətirməyə məcbur olması üçün Rusiyaya təzyiq göstərmək vacibdir.

Biz, həmçinin ikitərəfli əlaqələri və onların gələcəkdə inkişafını müzakirə etdik: gələcəkdə dövlətlər arasında ticarət dövriyyəsinin artırılması, enerji sektorunda əməkdaşlıq.

Azərbaycanın Ukraynaya göstərdiyi bütün yardımı yüksək qiymətləndiririk. Təşəkkür edirəm”, - Zelenski vurğulayıb.

Xatırladaq ki, Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi ötən il dekabrın 25-də Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb. Bundan sonra uçuş istiqaməti dəyişdirilən təyyarə Qazaxıstanın Aktau şəhərində yerə çırpılıb. Olay nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

Videonu təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər