16:40
12 Punto 14 Punto 16 Punto 18 Punto

“OPEC”in bu ilin ilk aylıq neft bazarı hesabatında 2025-ci il üçün neftə olan tələbat artımının gündəlik təxminən 1,4 milyon barrel səviyyəsində proqnozlaşdırıldığı qeyd olunub. Gələn il üçün də oxşar artım gözlənilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş Katibi Heysəm əl-Qays bildirib.

“OPEC”in Baş Katibi bunun təşkilatın 2026-cı ilə dair tələbat artımı ilə bağlı ilk proqnozu olduğunu bildirib.

"İstehsal strategiyamız həmişə tələbat artımı proqnozlarını nəzərə alaraq müəyyən edilir. Bu tələbat göstəriciləri bir çox amillər əsasında qiymətləndirilir. Tələbat göstəriciləri iqtisadi artım proqnozlarına əsaslanır. 2025-ci il üçün qlobal ümumi daxili məhsulda 3 faizdən artıq güclü iqtisadi artım proqnozlaşdırırıq. Bu artım xüsusilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olmayan inkişaf etməkdə olan bölgələrdə, Hindistan, Asiya və Çində ön plana çıxır. Çin keçən il iqtisadi artımını 5 faiz olaraq açıqladı. Bu səbəbdən, istehsalla bağlı qərarlarımızda həmişə tələbat proqnozlarımız nəzərə alınır,” – o əlavə edib.

Baş Katib təşkilatın istehsal siyasətindəndə danışıb:

"Məqsədimiz həmişə neft bazarının sabitliyini qorumaqdır. Tələbat və təklifi nəzərə alaraq proaktiv yanaşma nümayiş etdirmişik. Eyni zamanda, atdığımız addımlarda kifayət qədər ehtiyatlı və hər zaman qabaqlayıcı olmuşuq."


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər