10:04
12 Punto 14 Punto 16 Punto 18 Punto

ƏMAS-dakı əmək müqavilələrinin 65,4 mini əlilliyi olan şəxslərlə bağlanıb

Teleqraf.com xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” (ƏMAS) altsistemində mövcud olan əmək müqavilələrinin 65412-si əlilliyi olan şəxslərlə bağlanılıb.

Onlardan 40 806-sı dövlət, 24 606-sı isə qeyri-dövlət sektorunda çalışır. Həmin şəxslər ən çox təhsil, səhiyyə, sosial müdafiə, topdan və pərakəndə ticarət və sair kimi fəaliyyət növləri üzrə əmək fəaliyyətinə cəlb olunublar.

Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ƏMAS üzərindən əmək hüquqlarının təminatına, həmçinin işləyən əlilliyi olan şəxslərin hüquqlarının, əmək münasibətləri sahəsində güzəşt və təminatlarının icrasına daimi dövlət nəzarəti həyata keçirilir.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər