Böyük Britaniya vətəndaşlarına xəbərdarlıq edərək, onlara Ermənistan-Azərbaycan şərq sərhədindən 5 kilometr məsafədə bütün səyahətlərdən çəkinməyi tövsiyə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin Xarici İşlər, Birlik və İnkişaf Ofisi (FCDO) bildirib.
Həmçinin FCDO Ermənistanın İcevan və Noyemberyan şəhərləri arasında M16/H26 yolu ilə hər cür səyahət etməməyi tövsiyə edib.
Qurum buna səbəb kimi Ermənistan-Azərbaycan sərhədindəki “gərgin vəziyyət”i göstərib.
Həmçinin qeyd olunub ki, İrəvan və İstanbul arasında aviareyslərin olmasına baxmayaraq, Ermənistan-Türkiyə sərhədi bağlı qalır.