16:56
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sabah” komandası futbolçu Elvin Camalovla yollarını ayırıb.

Teleqraf.com klubun rəsmi saytına istinadən xəbər verir ki, kapitanla müqaviləyə xitam verilib. Futbolçunun müvafiq müraciəti klub rəhbərliyi tərəfindən müsbət cavablandırılıb.

30 yaşlı yarımmüdafiəçi bu gün səhər “Sabah” Futbol Mərkəzində klub rəhbərliyi, komanda yoldaşları və klubun digər əməkdaşları ilə görüşərək vidalaşıb.

Futbolçunun "Neftçi"yə keçəcəyi gözlənilir.

Qeyd edək ki, Elvin Camalov 2021-ci ilin yayından “Sabah”ın uğurları üçün çalışıb. Uzun müddət komandada kapitanlıq sarğısını daşıyan orta sahə oyunçusu ümumilikdə 113 oyun keçirib.


Müəllif: Röyanə Oğuz

Oxşar xəbərlər