Rusiya Xarici İşlər Nazirliyi Yaponiyanı Rusiyadakı mərkəzlərinin işinin dayandırılacağına dair xəbərdar edib.
Teleqraf.com xəbər verir ki, nazirlik ölkədəki yapon mərkəzlərinin fəaliyyətini tənzimləyən memorandumlara xitam verib.
Rusiya Xarici İşlər Nazirliyinin qeyd etdiyi kimi, sazişlər iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin gücləndirilməsinə yönəlmiş tərəfdaşlıq çərçivəsində bağlanıb. Lakin 2022-ci ildən etibarən Rusiya ilə Yaponiya arasında münasibətlər Tokionun sanksiyaları, ticarət məhdudiyyətləri və Rusiya aktivlərinin dondurulmasında iştirakına görə pisləşib.
“Yaponiya hökumətinin anti-Rusiya siyasəti memorandumların ruhuna və məzmununa ziddir. Belə bir şəraitdə onların məqsəd və vəzifələri öz aktuallığını itirib”, - Rusiya Xarici İşlər Nazirliyi bəyan edib.
Moskvanın qərarı məhz memorandumların qanuni xitamına aiddir.