“Şamaxı” komandası futbolçusu Emin Zamanovla yollarını ayırıb.
Teleqraf.com klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2023-cü ilin yanvarından komandada çıxış edən Zamanov ötən mövsüm I Liqa çempionluğu yaşayıb, “Şamaxı” forması ilə ümumilikdə 18 qola imza atıb.