11:19
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün gözlər bu həftə “Suriya Demokratik Qüvvələri – SDQ” (PKK terror təşkilatının qanadı – red.) və Əhməd əl-Şəranın rəhbərlik etdiyi yeni Suriya administrasiyasını bir araya gətirəcək yeni toplantının keçirilməsində olsa da, hər iki tərəf media vasitəsilə mesaj mübadiləsini davam etdirir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.

Nəşr yazır ki, Əsəd rejiminin devrilməsindən sonra yeni rəhbərlik Suriyadakı bütün silahlı qruplaşmaları ləğv etməyə və ya rəsmi ordunun tərkibində birləşdirməyə çalışır.

Dekabrın sonunda SDQ lideri Mazlum Abdi ilə Şəra arasında birbaşa görüşə baxmayaraq, tərəflər ən mühüm komponenti “Kürd Xalq Müdafiə Birlikləri” (YPG) olan SDQ-nin gələcəyi ilə bağlı heç bir nəticə əldə edə bilməyib.

“SDQ özünü buraxmaqdan imtina edir, Türkiyənin tələbi isə budur”, - məlumatda deyilir.

Mənbə qeyd edir ki, SDQ/YPG Ankarada PKK terror təşkilatının qanadı kimi qəbul olunur.

SDQ rəhbərliyindəki mənbə “Əl-Ərəbiyyə”yə deyib: “Yeni administrasiya ilə danışıqlara rəğmən, ən azı indiki vaxtda qüvvələrimizi dağıtmaq və ya silahlarımızı Dəməşqə təhvil vermək tamamilə qəbuledilməzdir”.

Həmçinin o deyib ki, SDQ hökumətdə yer ala bilsə, yenidən formalaşacaq Suriya ordusunun bir hissəsi ola bilər.

Suriyalı politoloq Həsən Yusifin sözlərinə görə, SDQ fevralda keçiriləcək Milli Dialoq Konfransından sonra yazılacaq yeni Suriya konstitusiyasına tabe olmalıdır: “SDQ və ya digər kürd partiyaları Kürd Milli Şurası kimi yeni Konstitusiyaya bağlı olacaq, bu, Suriyada yaşayan hər kəsə aiddir”.

Xatırladaq ki, Əhməd əl-Şəra ölkədəki bütün silahlı qruplaşmaların, eləcə də SDQ/YPG-nin ləğv ediləcəyi və ya orduya birləşdiriləcəyini bəyan edib. Rəsmi Ankaranın bəyanatına görə, məsələ ya dinc yolla həll edilməlidir, ya da hərbi variantla. Ankara və Dəməşq məsələnin həlli ilə bağlı razılaşıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər