12:14
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqa Rusiya-Ukrayna müharibəsinə 100 gün ərzində son qoymağı tapşırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Nəşrin təxminlərinə görə, Trampın seçki kampaniyası zamanı tezliklə münaqişəyə son qoyacağı ilə bağlı bəyanatlarından fərqli olaraq, Rusiya Prezidenti Vladimir Putinlə müqavilə bağlamaq çox çətin olacaq.

"Amerikanın yeni lideri Ukrayna üzrə danışıqlar prosesinin gedişinə özü nəzarət etmək niyyətindədir", - nəşrin mənbələri belə deyirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər