Azərbaycanın Türkiyədəki səfirliyində bayraqlar yarıya endirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib.
“Boluda Kartalkaya xizək kurortunda baş verən yanğın nəticəsində həyatını itirənlərin yaxınlarının kədərinə şərik olmaq üçün elan edilən bir günlük milli matəmdə qardaş Türkiyə ilə həmrəy olaraq bayraqlarımızı yarıya endirdik. Faciəvi hadisədə həyatını itirənlərə bir daha Allahdan rəhmət diləyir, ailələrinə və türk xalqına başsağlığı veririk”, - paylaşımda bildirilib.
Xatırladaq ki, Bolu şəhərindəki Kartalkaya xizək kurortunda yerləşən “Grand Kartal” otelində baş vermiş yanğın nəticəsində 76 nəfər həlak olub.