15:10
12 Punto 14 Punto 16 Punto 18 Punto

2025-ci ilin yanvar ayı ərzində aparılan yoxlamalar nəticəsində 9 aptekdə nöqsanlar aşkarlanıb.

Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yoxlamalar 16 apteki əhatə edib.

"Bakı şəhəri üzrə bir, respublikanın digər şəhər və rayonlarında isə 15 aptek olmaqla, 15 aptekdə planlı, bir aptekdə plandankənar təftiş aparılıb. Yoxlamalar zamanı 9 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib"- məlumatda qeyd olunur.


Müəllif: Məryəm Surxay

Oxşar xəbərlər