“Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalının təsis olunması qəbul olunur.
Teleqraf.com xəbər verir ki, bu, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanun layihəsinə edilən dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ilə media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəli fəaliyyət göstərən və ya media ilə əməkdaşlıqda fərqlənən Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif ediləcəklər.
Məsələ səsə qoyularaq qəbul olunub.