15:30
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilib.

Teleqraf.com xəbər verir ki, məsələ parlamentin bugünkü iclasında müzakirə olunub.

Belə ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi “Əmək pensiyaları haqqında” qanunda edilməsi nəzərdə tutulan dəyişiklik də qeyd olunan müsbət proseslər çərçivəsində hazırlanıb.

Beləliklə, fevralın 1-dən ölkədə minimum əmək pensiyası 320 manat müəyyən edilib.

Bundan başqa, hökumətə tapşırıq verilib ki, sosial müavinətlər və təqaüdlərin artırılması barədə 3 ay ərzində Azərbaycan Prezidentinə təkliflər olunsun.


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər