“TRT Avaz” telekanalı 31 Mart soyqırımı ilə əlaqədar Ankarada özəl toplantı keçirəcək.
Teleqraf.com-un məlumatına görə, bu barədə TRT-nin Bakı nümayəndəliyinin rəhbəri Yıldıray Arslan məlumat verib. O, bildirib ki, tədbirə Azərbaycandan diasporla ilə iş üzrə səlahiyyətli nümayəndə Valeh Haciyev, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və digər şəxslər qatılacaq. Tədbirdə “Karabağın sessiz çığlığı” adlı sənədli film nümayiş olunacaq.
Yıldıray Arslan tədbirin sonunda Çingiz Mustafayev mükafatının təqdim olunacağını da bildirib: “Xəbər Kameramanları Dərnəyinin mükafatlandırma mərasimi olacaq və orada bizə Çingiz Mustafayev adına mükafat veriləcək”.
Naibə QURBANOVA