14 Aprel 2015 23:38
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

“RUH” Jurnalistləri Müdafiə Komitəsi “Tələbə gənclər arasında demokratik proseslərin dərinləşməsinə dəstək məqsədi ilə jurnalistikanın təbliği” layihəsinin icrasına başlayıb.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçiriləcək və 2015-ci ilin aprel-iyul aylarını əhatə edəcək.

Məlum olduğu kimi, digər ixtisas sahiblərinin də jurnalistikaya marağının mövcudluğu, hazırda kütləvi informasiya vasitələrində qeyri-ixtisas sahiblərinin də çalışması reallığı nəzərə alınmaqla 2014-cü ildən ali məktəblərin hümanitar sahəyə aid olmayan bakalavrlarının da magistr pilləsində jurnalistikanı seçmələrinə şərait yaradılıb. Belə bir mexanizmin tətbiqi bacarıqlı şəxslərin jurnalistikaya axınını həyata keçirməklə sahənin ixtisaslaşmasına dəstək məqsədi daşıyır.

Layihədə mövcud amil əsas götürülərək ali məktəblərin bakalavr pilləsində təhsil alan tələbələrin jurnalistika ixtisasına marağını artırmaq, onların jurnalistika fakultələrinin magistr pilləsində təhsillərini davam etdirmələrini stimullaşdırmaq başlıca hədəf kimi seçilib. Bunun üçün Bakı ilə yanaşı, Gəncədə, Migəçevirdə, Qubada və digər bölgələrdəki ali məktəblərdə görüşlərin təşkili planlaşdırılıb. Eyni zamanda ali məktəb tələbələri içərisində jurnalistika ilə bağlı sorğunun keçirilməsi də layihənin fəaliyyət planında yer alıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər