Gənclər Mərkəzi İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Turizm regionlarında Avropa Oyunlarına hazırlıqla bağlı maarifləndirmə” adlı layihə çərçivəsində növbəti tədbiri keçirib.
02-03 may 2015-ci il tarixlərində Quba rayonunda həyata keçirilən tədbirdə rayon ictimaiyyət nümayəndələri, ziyalılar, turizm obyektlerinin nümayəndələri, yuxarı sinif şagirdləri, tələbə və ictimai fəal gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən Gənclər Mərkəzi İ.B-nin icra direktoru Kənan Kamranoğlu ilk Avropa Oyunları ərəfəsində təbliğat və təşviqat üçün layihələrin icra olunması əhəmiyyətindən, qarşıda duran məqsədlərdən və görüləcək işlərdən danışdı. Azərbaycan Gənclər Fondu haqqında geniş məlumat verdi. Müzakirə olunan əsas mövzular regionlarda yaşayan gənclərlə ölkəmizə gələcək xarici turistlər arasında kommunikasiyanın yaradılması, ikitərəfli əlaqələlirin genişləndirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, turizm obyektlərində işçi personalın peşəkarlıq səviyyəsinin artırılması və digərləri oldu.
Tədbirdə Turizmə Dəstək Gənclər Assosasiyasının idarə heyətinin üzvü Rövşən İsgəndərov və digər ekspertlərin çıxışı dinlənildi. İştirakçıların sualları cavablandırıldı. Sonda iştirakçılara Avropa oyunları ilə bağlı lazımı məlumatların yer aldığı bukletlər, broşurlar, bloknot, qələm və cib təqvimləri təqdim olundu.