8 Oktyabr 2015 08:51
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 9-da Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Teleqraf.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Piter Svedberq keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Xristo Xristov və Saymon Tiller keçirəcəklər.


Müəllif:

Oxşar xəbərlər