19 Oktyabr 2015 16:02
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Aşura günü oktyabrın 24-ə təsadüf edir. Həmin gün respublikanın müxtəlif məscid və ziyarətgahlarında qanvermə aksiyası keçiriləcək.

Qafqaz Müsəlmanları İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısını təsdiqlənib. Belə ki, siyahıya Yasamal rayonu Təzəpir məscidi, Hacı Soltanəli məscidi, Səbail rayonu Bibi-Heybət məscidi, İçərişəhər Cümə məscidi, Suraxanı rayonu Qaraçuxur məscidi, Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi, Nizami rayonu Keşlə qəsəbə məscidi, Sumqayıt şəhər “Cümə” məscidi, Gəncə şəhər “İmamzadə” məscidi, Mingəçevir şəhər “Heydər” məscidi, Şəki şəhər “Cümə” məscidi, Lənkəran şəhəri Böyükbazar məscidi, Bərdə şəhər “Cümə” məscidi, Nəsimi rayonu Əjdərbəy məscidi daxildir.

Məlumatda bildirilir ki, Lənkəran şəhəri Böyükbazar məscidində qanvermə aksiyası Aşura gününgən bir gün əvvəl, yəni 23 oktyabr tarixində Tasua günündən başlayacaqdır.

BƏXTİYAR


Müəllif: