8 Dekabr 2015 18:37
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 4-də Xəzər dənizindəki Günəşli yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğında həlak olan neftçilərin xatirəsi dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən anılır.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Rusiyanın paytaxtı Moskvada yaşayan həmvətənlərimiz Azərbaycanın bu ölkədəki səfirliyi qarşısına toplaşaraq hadisə zamanı itkin düşən və həlak olan neftçilərimizi yad ediblər. Belə ki, axşam saatlarında Azərbaycanın Rusiyadakı səfirliyinin binası qarşısında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülünün fotoları olan lövhənin qarşısına yüzlərlə insan gəlib.

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK), Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun, Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının, Rusiya Azərbaycan Dostluq Mərkəzinin üzvləri, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Moskvada təhsil alan azərbaycanlı tələbələr səfirlik binası qarşısına qərənfillər düzüb və onların xatirəsinə şamlar yandırıblar. Aksiyada azərbaycanlılarla yanaşı, Moskvadakı digər xalqların nümayəndələri də olub.

Mərasimdə Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev, ÜAK-ın icraçı direktoru İlqar Hacıyev, gənc diaspor rəhbərləri Şamil Tağıyev və Toğrul Allahverdili çıxış edərək aksiya iştirakçılarına Azərbaycan xalıqı ilə həmrəylik nümayiş etdirdikləri üçün təşəkkür ediblər.

Səxavət


Müəllif:

Oxşar xəbərlər