5 Aprel 2016 22:53
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzində beynəlxalq mütəxəssislərin iştirakı ilə Onkoginekoloqların I Bakı forumu keçirilib.

Teleqraf.com-un məlumatına görə, forum “Uşaqlıq boynu patologiyaların müalicəsində yeni texnologiyalar” mövzusunda olub.

Onkologiya sahəsində aparıcı elmi və kliniki müəssisələr, Milli Onkologiya Mərkəzi tədbirin təşkilatçıları kimi çıxış ediblər. Tədbirin məqsədi onkoginekologiya sahəsində yeni texnologiyalar ilə tanış olmaq, xarici həmkarlar ilə təcrübə mübadiləsi aparmaq və gənc həkimlərin ixtisasını artırmaqdır. Bu məqsədlərə nail olmaq üçün forumun birinci günü nəzəri hissəyə, ikinci günü isə praktikaya həsr olunub. Kolposkopiya və fiziocərrahiyyə müalicə üsulları üzrə master-klass (ablasiya, biopsiya, eksiziya və konizasiya). Həmçinin forumda Milli Onkologiya Mərkəzinin xəstələrinin konservativ və cərrahi müalicə təcrübəsi də təqdim olunub. Bu işin əsas məqsədi Azərbaycanda qadınlara tibbi xidmətin gücləndirilməsi, onkoloji xəstəliklərin erkən aşkarlanması və onun qarşısının alınmasıdır.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər