Azərbaycanın 9 rayon və 3 şəhərinin müəllimlərinin bilik və bacarığının diaqnostik qiymətləndirilməsi zamanı yalnız 28 nəfər 100 faiz nəticə göstərib.
Teleqraf.com xəbər verir ki bunu Təhsil Nazirliyinin insan resurslari şöbəsinin aparıcı məsləhətçisi Sevinc Ağayeva deyib.
O, bildirib ki, Azərbaycanın 9 rayon və 3 şəhərinin müəllimlərinin bilik və bacarığının diaqnostik qiymətləndirilməsi üçün 25989 nəfər qeydiyyatdan keçib. 25693 nəfər prosesdə iştirak edib.
Onlardan 262 nəfəri 10 faizdən aşağı nəticə göstərib.Yəni diaqnostik qiymətləndirmədən keçməyib.
Xaçmaz rayonunda keçirilən imtahanlarda dəvət olunmuş müəllimlərin 98,5 faizi, Masallı rayonunda keçirilən imtahanlarda 99,17 faizi, Şirvan şəhərində keçirilən imtahanlarda 98,4 faizi, Sumqayıt şəhərində keçirilən imtahanlarda 99,04 faizi, Gəncə şəhərində keçirilən imtahanlarda isə 99,14 faizi iştirak edib.
Diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, onların dərs yükü normasını və əmək haqqını artırmaqla maddi rifahının yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi əsasında müvafiq olaraq inkişaf yönümlü təlimlərə cəlb edilməsidir.
2016-cı il 1 yanvar tarixindən bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş müəllimlərin əməkhaqqı artırılıb.
İlhamə Əbülfət