23 May 2016 01:15
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkirdə qadın dərmandan zəhərlənib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir şəhər sakini, 1987-ci il təvəllüdlü Amalya Qələndərova dərman zəhərlənməsi əlaməti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. A.Qələndərovanın hansı şəraitdə zəhərləndiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər