"Bu il ilansancma ilə baǧlı ümumilikdə 24 müraciət daxil olub".
Teleqraf.com-un məlumatına görə, bunu Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bu gün keçirilən media-brifinqdə deyib. Baş toksikoloqun sözlərinə görə, onlardan 13-ü stasionara qəbul edilib: "4-nün vəziyyəti aǧır, digərlərinin vəziyyəti isə orta-aǧır qiymətləndirilir".
Azər Maqsudov qeyd edib ki, daxil olan ilansancma müraciətləri arasında ölüm halı qeydə alınmayıb.
Azər Maqsudov bildirib ki, cari ilin aprel ayından şöbəyə 2 nəfər əqrəbsancma, 2 nəfər isə qaraqurd dişləməsi ilə baǧlı müraciət edib: "Son 7-8 ildə qaraqurd sancmasına daha çox rastlanır".
"İlansancma halları daha çox Bakı -Bakıətrafı kəndlər (Zirə, Məmmədyar qəsəbəsi), daş karxanalarında işləyən fəhlələr arasında, Şamaxı, Aǧsu, Qəbələ, Şəmkir, Tovuz, cənub rayonlarında qeydə alınır", -deyə baş toksikoloq vurǧulayıb.
Mərkəzin kəskin bağırsaq infeksiyaları şöbəsinin müdiri Gülnarə Babayeva isə çıxışında qeyd edib ki, son 5 ayda yoluxucu xəstəliklərlə bağlı klinikaya 64 nəfər müraciət daxil olub: "Onlardan 35 nəfərinin vəziyyəti yüngül gedişli olub. Digərlərinin səhhətləri yaxşı olduğundan müayinə edilərək evə yazılıb".
İlhamə ƏBÜLFƏT